14/12/2017 02:37
728 x 90

Tramp qalmaqallı miqrant qərarından geri cəkilmir, yeni fərman gəlir...

img

ABŞ prezidenti Donald Tramp qalmaqallı mühacirlərin ölkəyə buraxılmamasına dair fərmanından, məhkəmə qərarından sonra da imtina etmək niyyətində deyil.

Baki-xeber.com xəbər verir ki, Tramp, vəzifəyə başlayandan iki həftə sonra imzaladığı ancaq məhkəmədə ilişən immiqrant fərmanından imtina etməyəcəyini, gələn həftə yeni bir fərman imzalayacağını bəyan edib.

Ancaq Trqmp yeni fərmanın məzmunu ilə bağlı məlumat verməyib.

Xatırladaq ki, Donald Tramp yanvarın 28-də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmamasına dair fərman imzalayıb.

Tramp prezidentliyini müdafiə edərək, yenidən ABŞ-ın media xəbərlərini də tənqid edib. Xəbərlərdə onun müşavirinin Rusiya rəsmiləri ilə əlaqəsi dərc edilib. ABŞ prezidenti məxfi məlumatların sızdırılması ilə ciddi mübarizə aparılacağına and içib.

Təqribən bir ay əvvəl Tramp Ağ Evdə keçirilən mətbuat konfransında yeni administrasiyanın mühüm nailiyyətlər əldə etdiyini deyib və biznes mühiti ilə bağlı nikbinliyini ifadə edib. Prezident yeddi müsəlman ölkəsindən ABŞ-a səyahət qadağasına dair sərəncamı ilə bağlı media məlumatlarını qınayıb: "Bu administrasiya mükəmməl bir maşın kimi işləyir. Sərəncam xalqımızın müdafiəsi mahiyyəti daşıyır".

Prezident mətbuat orqanlarının nəzarətdən çıxıdığını bildirib. O, “The New York Times” və CNN-nin kampaniya yardımçılarının seçkilərdən öncə Rusiya ilə əlaqədə olduğuna dair xəbərləri yalan adlandırıb. ABŞ dövlət başçısı adı hallanan sabiq kampaniya meneceri Pol Manafortu hörmətli şəxsiyyət kimi qiymətləndirib.

ABŞ prezidenti Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Maykl Flinndən "ona etibarının azaldığı" və Rusiya ilə əlaqələri ilə bağlı izahata görə, onun üçün istefasını istəyib və istefanı qəbul edib. Bu haqda açıqlamanı Ağ Ev verib. Ağ Evin sözşüsü Şon Spayser deyib ki, "prezident milli təhlükəsizlik məsələləri üzrə müşavirə artıq etibar etmədiyi qənaətinə gəlib."

Təqaüdə çıxmış ordu generalı olan Flinn Trampın baş strateji müşavirlərindən biri kimi vəzifəsinin icrasına başlayandan üç həftə sonra istefaya gedib.

Şon Spayser deyib ki, Tramp Flinnin Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Sergey Kislyakla söhbətindən razı qalıb və Flinnin o zaman hökumət rəsmisi deyil, adi vətəndaş olduğu halda belə bunun hüquqi baxımdan yanlış olmadığı haqda fikirdə olub. Lakin Ağ Evin sözçüsü bildirib ki, Tramp Flinnin vitse-prezident Mayk Pensə inaqurasiyadan öncə yanvar ayında səfirlə o zaman prezident Barak Obamanın Moskvanın ABŞ seçkilərinə müdxilə ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sankiyaları müzakirə etmədiyini deyərək, ona yanlış informasiya verdiyi haqda nəticəyə gəlib.

Son xəbərlər