22/10/2017 21:13
728 x 90

ABŞ müdafiə naziri Rusiya ilə hərbi əməkdaşlığı istisna etdi, NATO üzvlərinə isə xəbərdarlıq etdi, əks halda...

“Amerikanın alyansa öz öhdəliklərini dəyişməsini istəmirsinizsə...”

img

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Amerika ilə Rusiya arasında hərbi əməkdaşlığı istisna edib. Baki-xeber.com xəbər verir ki, o deyib ki, indi bunun vaxtı deyil.

"Biz indiki durumda hərbi əməkdaşlıq mövqeyində deyilik. Lakin bizim siyasi liderlər ortaq zəmin əldə etməyə çalışacaq" - deyə Mattis NATO-nun Brüsseldəki baş qərargahında təşkil edilən mərbuat konfransında bildirib.

ABŞ-ın müdafiə naziri deyib ki, hərbi əməkdalıqdan əvvəl Rusiya beynəlxalq qanunlara əməl etdiyini sübuta yetirməlidir.

Mattisin dedikləri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvanın Pentaqonla hərbi əməkdaşlığı bərpa etməyə hazır olduğunu söyləməsindən sonraya təsadüf edir.

ABŞ Moskva ilə hərbi əməkdaşlığa Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra dayandırıb.

ABŞ müdafiə naziri Şimali Atlantik Müqavilə Təşkilatı (NATO) ölkələrinə də müraciət edərək onları müdafiə xərclərini artırmağa çağırıb. Əks təqdirdə o, Vaşinqtonun alyans öhdəliklərinə münasibətinin dəyişə biləcəyi haqda xəbərdarlıq edib.

“Mən sizin qarşınızda ABŞ-dakı siyasi reallığa aydınlıq gətirməyi və mənim həmvətənlərimin ədalətli tələbini konkret şərtlərlə səsləndirməyi özümə borc bilirəm,” - Mattis NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən yığıncağında bəyan edib.

“Amerika öz məsuliyyətinin yükünü çəkəcək, ancaq siz Amerikanın alyansa öz öhdəliklərini dəyişməsini istəmirsinizsə, onda sizin paytaxtlarınız ümumi müdafiəmizə sədaqətini nümayiş etdirməlidir” – deyə o bildirib.

Bağlı qapılar arxasında keçirilən toplantıda səsləndirilən fikirlər Vaşinqtonun NATO ölkələrinin əksər qisminin sazişin şərtlərinə uyğun olaraq ümumdaxili məshullarının minimum iki faizini müdafiə ehtiyaclarına xərcləməməsi ilə bağlı artan narazılığını əks etdirir. Prezident Tramp prezident seçkiləri kampaniyasında dəfələrlə alyansın “arxaikləşdiyini” və 28 üzvünün öz xərclərini ödəmədiyi barədə gileylənirdi.

Mattisin sözlərinə görə həmin narazılıq indi “hökumət reallığına” çevrilib. “Qərb dəyərlərinin müdafiəsi üçün amerikalı vergi ödəyənlərdən xərclərin disproporsional payını öz üzərlərinə götürməyi gözləmək olmaz. Amerikalılar sizin uşaqlarınızın təhlükəsizliyinin qeydinə sizdən çox qala bilməzlər,” - Mattis bəyan edib.

“Hərbi hazırlığa laqeydlik özümüzə, alyansa və bizə miras qalmış azadlıqlara hörmət bəsləmədiyimizi nümayiş etdirir – hansı bunlar hazırda təhlükə ilə üzləşir” – deyə o bildirib.

Hazırda 28 NATO üzvləri arasında yalnız beş ölkə - ABŞ, Böyük Britaniya, Yunanıstan, Polşa və Estoniya ÜDM-lərindən minimum 2 faizi müdafiə xərclərinə sərf edir.

Son xəbərlər