28/04/2017 21:56
728 x 90

İran prokuroru Zəncani qarşısında şərt qoydu, ancaq pullar gəlsə də gəlməsə də kəlləsi gedəcək

img

İranda korrupsiyada ittiham olunan məşhur milyarder Babək Zəncaninin taleyinə aydınlıq gətirilib. APA-nın “hurriyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, B. Zəncani hesabında olan pulları qaytaranadək edam edilməyəcək.

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzeri bildirib ki, B. Zəncani barədə verilən hökm qətidir. Onun qənaətinə görə, iş adamının oğurladığı və əksəriyyəti xarici ölkələrə yatırılan pullar geri qaytarılmayanadək edam hökmü icra olunmayacaq.

Qeyd edək ki, B. Zəncani 2013-cü ilin dekabr ayında həbs olunub. O, korrupsiya və saxta sənədlər hazırlamaqla dövlətə 2,8 milyard dollar məbləğində ziyan vurub. İran məhkəməsi B. Zəncaniyə məxsus mülkləri müsadirə etsə də, bunun məhbusun bütün borclarını ödəməyə kifayət etmədiyi məlum olub. 

Son xəbərlər