28/04/2017 21:56
728 x 90

ABŞ İrana çağırış – “Təxribatçı fəaliyyəti dayandırın”

img

Amerika Birləşmiş Ştatları İranı regional təhlükəsizliyi pozan təxribatçı fəaliyyəti dayandırmağa çağırır. Bunu eksklüziv olaraq Trend-ə ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən məmuru deyib.

O bildirib ki, İran tərəfindən raket proqramının inkişaf etdirilməsi və terrorçuluğun dəstəklənməsi təxribatçı xarakter daşıyır və regionda təhlükəsizliyi, sabitlik və əmin-amanlığı pozur.

Məmurun sözlərinə görə, İran üçün ABŞ-ın bu cür addımlara qarşı əks-tədbirlər görməsi gözlənilməz olmamalıdır.

Son xəbərlər