22/10/2017 21:06
728 x 90

Rusiya Obamanın prezidentiyinin son günlərində daha da təhlükəli olacağından narahatdır

img

Rusiya ABŞ prezidenti Barak Obamanın prezidentiyinin son 9 gündə ata biləcəyi bəzi addımlardan narahatdır. Baki-xeber.com xəbər verir ki bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.

Yeni ABŞ hökuməti, seçilən prezident Donald Trampın yanvarın 20-də kresloya oturduqdan sonra rəsmən fəaliyyətə başlayacaq. Ancaq ruslar, geriyə qalan 9 gündə çox şeyin dəyişə düşünür. Bununla bağlı M.Zazarova, rəsmi Facebook hesabından narahatlıqlarını dilə gətirib:

"Hər gün Vaşinqtondan gələn xəbərləri oxuyuram: Rusiyaya yeni sanksiyalar, Suriyadakı yaraqlılara yer-hava raketlərinin verilməsi, açıqlamalar... Allah dünyanı 7 gündə yaradıb. Obamanın onu yıxmaq üçün əlavə 2 günü də var".

Son xəbərlər