26/06/2017 00:55
728 x 90

ABŞ Koreyada prezidentlik iddiasında olan sabiq BMT sədrinin qohumlarına iş açdı

img

ABŞ prokurorluğu BMT-nin keçmiş Baş Katibi Ban Ki-Munun qohumlarını dövlət məmuruna rüşvət verməkdə ittiham edib.

Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Banın kiçik qardaşı və qardaşı oğlu bir amerikalı vasitəçi ilə Orta Şərqdə bir məmura pul təklif etməkdə təqsirləndirilir. Onlar öz bina layihələri üçün rəsmi bir məmura dövlət vəsaitində istifadə üçün rəsmi rüşvət verib.

Ban 2007-2016-cı illər ərzində BMT-nin baş katibi vəzifəsində çalışıb. Bu ilin əvvəlindən onu Portuqaliyanın sabiq baş naziri Antonio Guterres əvəz edib. Ban hazırda öv vətəni Cənubi Koreyada gələcək prezident kimi görünür.

“Reuters” agentliyi onun sözçüsünə əsasən yazır ki, Ban qohumlarının ittiham edildiyi şərtlərdən xəbərsizdir.

Prokurorlar deyirlər ki, 2013-ci ilin əvvəlində Ban Ki-Munun qardaşının icraçı rəhbər olduğu Cənubi Koreyanın Keangnam adlı inşaat firması artan borcla üzləşib və Vyetnamda Landmark 72 kimi tanınan binalar kompleksi satmaq istəyib.

Manhattan məhkəməsinin ittiham aktında, o və onun Manhattanda daşınmaz əmlak agenti işləyən oğlu Joo Hyan "Dennis" Bahnın 800 milyon dollar dəyəri olan satışdan milyonlarla dollar dəyərində xidmət haqqı almağı planlaşdırdıqları iddia edilib. ABŞ rəsmiləri deyirlər ki, bu iki nəfər milyonlarla dollar rüşvət ödəyib və məşhur soyadlarından istifadə etməklə adı çəkilməyən Orta Şərq ölkəsində həmin ölkənin büdcəsindən istifadə etməklə həmin binanın satışını həyata keçirməyə cəhd edib.

Federal sənədlərdə bu şəxslərin həmin ölkənin nümayəndələri ilə BMT illik Baş Assambleyasının iclası zamanı sövdələşmə üçün müzakirəyə cəhd etdiyi də deyilir.

Özünü təqsirli hesab etməyən Bahn zaminə buraxılıb.

Son xəbərlər