24/06/2017 21:32
728 x 90

Rusiyanın əlində Tramp barədə ŞOK kompomatlar iddiası... - YENİLƏNDİ

img

ABŞ mətbuatında yayılan Rusiya kəşfiyyatı və yeni seçilmiş prezident Donald Trampla bağlı iddialar böyük səs-küyə səbəb olub. Baki-xeber.com xəbər verir ki, ABŞ kəşfiyyat təşkilatları CIA, NSA və FBI keçən həftə, prezident Barak Obama və Donald Trampa Rusiyanın ölkə seçkilərinə müdaxilə etdiyinə dair hesabat təqdim edib. Təqdim edilən gizli sənədlər və qeydlərin bir qisimini “CNN International” ələ keçirərək yayıb.

Xəbərə görə, Rusiya kəşfiyyat xidməti FSB Tramp haqqında şantaj etmək üçün kompromat toplayıb, onun şəxsi və maliyyə məlumatlarını ələ keçirib. Sözügedən sənədlərin 35 səhifədən ibarət olduğunu ifadə edən CNN, Moskvanın həm Respublikaçılar, həm də Demokratlarla bağlı ayrı-ayrı dosya hazırladığını bildirir. CNN-ə görə, Rusiya seçkilərdən əvvəl yalnız demokratların məlumatlarını yayıb. CNN-nin məlumatına görə, bu materiallarla yalnız Obama, Tramp və Konqresin 8 üzvü tanışdır.

“Buzzfeed” sitəsi isə, kompromatlarda Trampın seks kasetinin də olduğunu bildirir. Məlumatlara görə rus kəşfiyyatında birdən çox kaset var və onlardan biri Trampın Moskva səyahətində qaldığı Ritz Carlton Hotelində əldə edilib. Üç il əvvəl əldə edilən kasetlərdə Trampın fahişələrlə birlikdə olduğu iddia edilir. İddialarda həmçinin onun Moskva ilə gizli əlaqələrdə olduğu deyilir. “Buzzfeed” hətta Trampın Rusiya tərəfindən “seks kaseti”lə şantaj edildiyini iddia edib.

Hər iki saytın xəbərlərində adı çəkilməyən keçmiş ingilis kəşfiyyatçının qeydlərinə əsaslanaraq, Trampın Rusiya kəşfiyyat xidmətləri tərəfindən ən az 5 ildir yetişdirildiyi və dəstəkləndiyi iddia edilir.

Ancaq Rusiya kəşfiyyatı və Tramp xəbələrini ilk olaraq özlərinin yaydığını iddia edən “4chan” adlı forumun istifadəçilərinə görə, dosyanı ilk olaraq Trampa müxalif, Respublikaçı strateq Rik Uilson əldə edib, bunun gerçək olduğunu düşünüb və onu CIA-ya ötürüb.

Hələlik ABŞ kəşfiyyatı bu iddiaları dəstəkləmək üçün açıq şəkildə heç bir şey deməyib.

Rusiya isə bu iddiaları qəzəblə rədd edib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov iddiaları əlaqələrə ziyan vurmağa açıq bir cəhd və ucuz hekayə adlandırıb. Peskov, əllərində Trampun nüfuzuna zərər verəcək hər hansı məlumatlar olmadığını söyləyib. Moskva Tramp, ya da Klintonla əlaqədar əllərində hər hansı bir dosya olmadığını bildirib.

Tramp da Rusiyanın onun haqqında xoşagəlməz məlumatlar əldə etməsi barədə iddialara sərt reaksiya verərək, Moskvanın onu heç vaxt şantaj etmədiyini deyib. Tramp ABŞ kəşfiyyat agentliklərini saxta xəbərlərin ictimaiyyətə sızmasının qarşısını almamaqda ittiham edib.

Tramp Rusiya xüsusi xidmət orqanlarının onunla bağlı şəxsi məlumat əldə etməsi barədə iddiaları "siyasi əcinnə ovu" kimi tənqid edib: "Rusiya mənə heç vaxt təzyiq göstərməyib. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur – heç bir razılaşma, heç bir borc, heç bir şey yoxdur!..

Mən seçkini asanlıqla qazanıram... və bizim yalançı rəqiblərimiz qələbimizi saxta xəbərlərlə alçaltmağa çalışırlar. Çox təəssüfverici haldır...

Kəşfiyyat agentlikləri gərək bu saxta xəbərin ictimaiyyətə sızmasına imkan verməyəydi. Mənə qarşı son zərbə. Biz nasist Almaniyada yaşayırıq?"

D.Tramp ilk mətbuat konfransında da iddiaları rədd edib və Rusiyanın seçkilərdə ona kömək etdiyinə dair yalan xəbərlərin rəqibləri tərəfindən yayıldığını deyib. İddiaları "uydurma xəbər" və "düşməncə" olduğunu ifadə edən Tramp, "Bu axmaqlıq bəlkə də, kim bilir kəşfiyyat qurumları tərəfindən sızdırıldı, əgər belədirsə onlar özlərinə böyük ləkə vuracaqlar" – deyə bildirib.

Mətbuat konfransında CNN jurnalistinin suallarını rədd edən Tramp, "Lütfən səssiz olun, kobudluq edirsiniz" deyə bildirib. O, jurnalistin "Burada bizə qarşı bəzi iddialar səsləndirilir, ancaq mənə söz vermirsiniz", sözlərinə cavab olaraq "Siz yalan xəbər yayan bir qurumsunuz. Sizə sual haqqı vermirəm" deyib.

35 səhifəlik hesabatdakı iddialar arasında Trampın köməkçilərinin onun rəqibi Hillari Klintonun Demokrat Partiyasına qarşı haker hücumuna cəlb edilməsi də var. Trampın hesabatda adı çəkilən vəkili Mixael Kohen onun keçən ilin avqust və ya sentyabr aylarında haker hücumu barədə söhbət etmək üçün Kremlin təmsilçisi ilə Praqada görüşməsi barədə iddianı təkzib edib. O, ümumiyyətlə Praqada olmadığını deyib.

Onu da qeyd edək ki, Tramp 2013-ci ildə “Miss Universe” gözəllik yarışı ilə əlaqədar Moskvaya gedib.

Son xəbərlər