22/08/2017 20:45
728 x 90

Obama vida nitqində Suriya məsələsinə niyə toxunmadı?

img

Yanvarın 20-də Ağ Evdəki kürsüsünü yeni seçilmiş Prezident Donald Trampa təhvil verəcək Barak Obama Çikaqoda vida nitqi ilə çıxış edib. Trend-in məlumatına görə, B.Obama 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla bir çox sahələrdə uğurlu nəticələr əldə etdiklərini bildirib.

Xarici siyasətə də toxunan dövlət başçısı, maraqlıdır ki, dünyada ən çox müzakirə olunan Suriya böhranından danışmayıb.

Həmçinin B.Obama Rusiya və Çinin ABŞ-ın əsas rəqibləri olduğunu vurğulayıb.

Obama çıxışında amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb. "Bizim demokratiyamız təhdid altındadır", - deyə ABŞ lideri bildirib.

"Partiyadan asılı olmayaraq bizim hamımız demokratik institutlarımızı bərpa etməliyik", - deyə B.Obama bildirib.

Qeyd edək ki, yanvarın 20-də Obama öz postunu tərk edir. Yeni prezident Donald Tramp olacaq.

Son xəbərlər