Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Baki Xeber - News
17/01/2017 17:01
728 x 90

Bir neçə günlük tərk etdiyi evi “başqa ölkədə tapıldı”...

img

Güney Osetiyada yaşayan Vanişvili qəribə hadisə ilə üzləşib.

Baki-xeber.com “yenişafak”a istinadən xəbər verir ki, evini cəmi bir neçə günlük tərk edən 82 yaşlı Dato Vanişvili qayıtdıqda evin qarşısından sərhəd məftilləri çəkildiyini görüb. Burada keşik çəkən rus əsgərləri isə ona deyiblər ki, evi artıq başqa bir ölkənin ərazisində qalıb.

Xəbərdə deyilir ki, Vanişvili kimi,  bölgədəki  bir çox gürcünün də evi və tarlaları Rus ordusunun müəyyən etdiyi yeni sərhəd xəttinin o biri üzündə qalıb. Sərhədin hər həftə Rusiya lehinə “irəlilədiyini” deyən yerli sakinlər durumdan şikayət üçün kimə üz tutacağını bilmir.

Qeyd edək ki, Gürcüstanla Rusiya arasında yaşanan silahlı toqquşmanın ardından Güney Osetiya bölgesində nisbi sərhəd xətti yaradılıb. Yerli sakinlər isə bu “xəttin irəliləməsindən” ciddi narahatlıq duyur və baş verənləri Moskvanın Krım variantını burada da həyata keçirməyə çalışması kimi dəyərləndirir.

Son xəbərlər