18/01/2017 13:56
728 x 90

İraq kürdləri Ermənistandan İrana qaçaqmal spirtli içki daşıyır...

img

İraq kürdləri həyatlarını təhlükəyə ataraq Ermənistanda əldə etdikləri spirtli içkini qaçaqmal yolu ilə İrana keçirir.

Baki-xeber.com-un xəbərinə görə, belə bir xəbərlə “Fox News” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, bu əməliyyatda hər ay azı 15 nəfər həyatını itirir. Xəbərə görə, yüzlərlə insan hər ay piyada və ya atla kürd kontrabandaçıları qarşılayaraq qadağan olunmuş malı onlardan qəbul edir. Gətirilən malın böyük hissəsi Ermənistanda əldə olunur. Bu əməliyyatda İraq kürdlərini ən çox maraqlandıran markaların isə “Absolyut” arağı, “Johnnie Walker” viskisi və əldədüzəlmə “Grey Goose” içkisi olduğu bildirilir.

Son xəbərlər