26/06/2017 00:58
728 x 90

ABŞ ordusu böyük hərbi texnika ilə Rusiya sərhədinə yaxınlaşır - VİDEO

img

ABŞ SSRİ-nin dağılmasından bu yana Avropaya ilk dəfə böyük hərbi qüvvə toplamağa başlayıb. Baki-xeber.com xəbər verir ki, artıq yüzlərlə tank və digər hərbi texnikalar Almaniyanın şimalına çatdırılıb.

Məlumata görə, ilk mərhələdə 87 Abrams M1A1 tankı, 136 Bradley döyüş maşını və yüzlərlə piyada döyüş maşınının da aralarında olduğu ümumilikdə 2 min 800 hərbi texnika Almaniyanın şimalında Bremerhaven Limanına gətirilib. 4 min Amerika əsgəri də Avropaya göndəriləcək.

ABŞ Quru Qoşunları Avropa Komandanlığından general Timothi McGuire, bunun Birləşmiş Ştatların bu qitədə təhlükəsizliyin qoruması ilə bağlı öhdəliyinin konkret bir işarəsi olduğunu deyib.

Dislokasiya “Atlantik Sülh Əməliyyatı” çərçivəsində aparılır. ABŞ ordusunun yanvarın 12-də Polşaya çatacağı təxmin edilir.

Amerika hərbi birlikləri fevral ayında Polşa, Baltik ölkələri, Bolqarıstan, Rumıniya və Almaniyada yerləşdiriləcək. Digər NATO ölkələri də Şərqi Avropadakı gücünü artıracaq.

Qeyd edək ki, Rusiyanın 2014-ci ildə Krımı ilhaq və Rusiya ilə Ukrayna arasında yaşanan böhrana görə, Qərblə Moskva arasında gərginlik yaşanır.

 

Son xəbərlər