01/05/2017 10:11
728 x 90

Kerridən Suriya etirafı - Suriya əsgərlərinə hücum edib Rusiya ilə atəşkəs razılaşmasını pozduq

img

ABŞ dövlət katibi Con Kerri ABŞ-ın Suriya əsgərlərinə hücumlarının bir müddət əvvəl Rusiya ilə əldə edilmiş atəşkəs razılaşmasını pozduğunu etiraf edib. Baki-xeber.com xəbər verir ki, Kerri bu barədə ABŞ-dakı Peace İntitundakı konfransda çıxışı danışıb.

Kerri, ABŞ-ın suriyalı əsgərləri vurmasına görə Rusiyanın, Vaşinqtonun atəşkəs razılaşması çərçivəsində mülayim müxalifləri terrorçulardan ayırmaqla bağlı öhdəliyində səmimi olmadığına inandığını deyib: "Atəşkəs razılaşmasının bir müddət davam etməsi nəzərdə tutulurdu. Ancaq razılaşmanın 5-ci günündə 70 Suriya hərbçisini bombaladıq və ruslar bizim ciddi olmadığımıza, Əl Nusra Cəbhəsini dəstəklədiyimizə və müxalifləri terrorçulardan ayırmaq istəmədiyimizə inandı. Daha sonra da humanitar yardım TIR-ları vuruldu və razılaşma pozuldu".

Qeyd edək ki, ABŞ liderlik etdiyi beynəlxalq koalisiya qüvvələri ötən il sentyabrın 17-də Deyr əz-Zor yaxınlığında Suriya ordusunun mövqelərini bombalaması nəticəsində 62 əsgər ölmüşdü, ən az 100 əsgər də yaralanmışdı. Sonradan ABŞ Müdafiə Nazirliyi hücumun səhvə olduğunu bildirdi.

Son xəbərlər