19/08/2017 05:54
728 x 90

ABŞ-dan Rusiyaya yeni sanksiyalar dalğası gəlir

img

ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdə tutan qanun layihəsi təklif edib. Baki-xeber.com xəbər verir ki, bu barədə senator Ben Kardin açıqlama verib.

Kardinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar paketinin, ABŞ-dakı seçkilərə müdaxilə, Ukrayna və Krımdakı vəziyyətlə əlaqədar tətbiq edilməsi nəzərdə tutulur.

Sanksiyaların Rusiyanın enerji sektoru, özəlləşdirmədə iştirak və başqa sahələri əhatə edəcəyi qeyd edilir.

"ABŞ Konqresi, yeni seçilən prezident Donald Trampın mövqeyi necə olursa-olsun Rusiyanın Ukrayna və Suriyadakı addımlarını dayandırmalıdır" – deyə Kardin bildirib.

“Reuters isə yazır ki, respublikaçı senator Con Makkeyn, demokrat senatorlar Robert Menendez və Ben Kardin tərəfindən hazırlanan sanksiyalar paketi ABŞ-ın kiber təhlükəsizliyini pozanlar və onlara kömək edənlərə viza məhdudiyyəti və bank hesablarının dondurulmasını nəzərdə tutur.

Son xəbərlər